"Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşı futbolçusu seçilə bilər

12:06 21 Oktyabr 2016

"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasında qrup mərhələsinin III turunun ən yaxşı oyunçusu seçilə bilər.
 

Sportarena.az xəbər verir ki, UEFA azarkeşlər arasında həftənin ən yaxşı oyunçusunu seçmək üçün keçirdiyi sorğuda Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintananın da adı var. PAOK-la oyunda qol vuran ispaniyalı futbolçu səsvermənin bitməsinə 5 saat qalmış 70 faizlə 1-ci yerdədir.


Onun ən yaxın izləyicisi 9 faiz səslə "Mançester Yunayted"in ulduz futbolçusu Pol Poqbadır. 
 

Səs vermək üçün link: http://mvp.uefa.com/en/uefaeuropaleague/results


Digər xəbərlər

Xəbər xətti