Azərbaycan UEFA reytinqinin 25-ci pilləsində

14:36 21 Oktyabr 2016

Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.


Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin III turunun qarşılaşmaları sonra cədvəldə bir sıra dəyişikliklər olub. “Qarabağ”ın evdə Yunanıstan PAOK-u üzərindəki qələbəsi Azərbaycanın aktivinə 0,500 xal gətirib.


5 mövsümün nəticələrinə görə hesabını 17,250-yə yüksəldən Azərbaycan 25-ci pilləyə yüksəlib.


Siyahıya İspaniya başçılıq edir – 91,713. Almaniya (71,069) ikinci, İngiltərə (67,248) üçüncü pillədə qərarlaşır.


Digər xəbərlər

Xəbər xətti