"Qarabağ"ın futbolçusu Avropa Liqasında həftənin ən yaxşı oyunçusu seçildi

17:11 21 Oktyabr 2016

"Qarabağ"ın futbolçusu Dani Kintana Avropa Liqasında qrup mərhələsinin III turunun ən yaxşı oyunçusu seçilib.
 

Sportarena.az xəbər verir ki, UEFA-nın azarkeşlər arasında həftənin ən yaxşı oyunçusunu seçmək üçün keçirdiyi sorğuda Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana rəqiblərini qabaqlayaraq 1-ci olub. Belə ki, ispaniyalı futbolçu 69 faiz səs toplayıb. 

29 yaşlı futbolçu yarışmada Kevin Monne Poke ("Sent-Etyen", 8 faiz), Viktor İbarbo ("Panatinaykos", 8 faiz), Pol Poqba ("Mançester Yunayted", 7 faiz), Raul Rusesku ("Osmanlıspor", 4 faiz), Antonio Kandreva ("İnter", 2 faiz), Yevgeni Konoplyanka ("Şalke", 2 faiz) və Nikola Kaliniçi ("Fiorentina", 1 faiz) böyük səs çoxluğu ilə qabaqlayıb

 
Qeyd edək ki, "Qarabağ" – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən Kintana oyunda ilk qolun müəllifi olub.


Digər xəbərlər

Xəbər xətti