Del Boske Çindən gələn 10 milyon avroluq təklifi rədd etdi

21:45 21 Oktyabr 2016

İspaniya millisinin keçmiş çalışdırıcısı Del Boskeyə Çindən ilinə 10 milyon avro məvacib olan təklif gəlib.

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə verdiyi açıqlamasında təklifin nədən ibarət olduğunu anlamadığını deyib:

"Mən Çindən təklif aldığımı təsdiq edə bilərəm. İlinə 10 milyon avro təklif edirdilər.Lakin bunun klubdan və ya milli komandadan olduğunu anlamadım. Düzünü desəm buna çox fikir vermədim".


Məlumata görə Marçello Lippi Çin yığmasının yeni baş məşqçisi olacaq.


Xəbər xətti