"Qızıl buts"un sahibi müəyyənləşdi

11:56 22 Oktyabr 2016

Futbol üzrə Uruqvay millisinin və “Barselona” komandasının hücumçusu Luis Suarezə Barselonada təşkil olunan mərasimdə “Qızıl buts” mükafatı təqdim edilib.


Sportarena.az xəbər verir ki, 29 yaşlı hücumçu bu mükafata 2015-2016-cı il mövsümündə Avropa milli çempionatlarında ən çox qol (40 top) vurduğuna görə layiq görülüb.


Xatırladaq ki, L.Suarez 2013-2014-cü il mövsümündə “Liverpul”da oynayarkən “Qızıl buts”a “Real Madrid”in forvardı Kriştiano Ronaldo ilə birgə sahib olmuşdu. Həmin vaxt futbolçular hərəyə 31 dəfə fərqlənmişdilər.


Digər xəbərlər

Xəbər xətti