İlin ən yaxşı məşqçisi mükafatına namizədlərin adları açıqlandı

13:56 22 Oktyabr 2016

FİFA 2016-cı ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin geniş siyahısını açıqlayıb.


Sportarena.az xəbər verir ki, siyahıda 22 məşqçinin adı var. Lakin FİFA-nın bu siyahını 10 nəfərədək azaldacağı gözlənilir.


Geniş siyahıda aşağıdakı məşqçilərin adları göstərilib: F.Santuş (Portuqaliya yığması), D.Deşam (Fransa yığması), M.Alleqri (“Yuventus”), K.Ranyeri (“Lester”), M.Sarri (“Napoli”), Y.Lyov (Almaniya yığması), K.Koulmen (Uels), L.Laqerbek (İslandiya), M.Onil (Şimali İrlandiya), Z.Zidan (“Real” Madrid), U.Emeri (“Sevilya”/PSJ), L.Blan (PSJ-nin sabiq məşqçisi), H.Qvardiola (“Bavariya”/”Mançester Siti”), Y.Klopp (“Liverpul”), L.Enrike (“Barselona”), H.Martino (Argentina/”Atlanta Yunayted”), M.Poççetino (“Tottenhem”), D.Simeone (“Atletiko” Madrid), İ.Ambriz (“Amerika”), X-A. Pitsi (Çili), R.Rueda (“Atletiko Nasyonal”), R.Vitoriya (“Benfika”).


Qeyd edək ki, 2015-ci ilin ən məşqçisi mükafatına  “Barselona” klubunun baş məşqçisi Luis Enrike layiq görülmüşdü. 


Xəbər xətti