Milli komandamızın Avropa çemionatındakı rəqibləri müəyyənləşdi

16:55 22 Oktyabr 2016

2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.


İsveçrənin Nyon şəhərində oktyabrın 21-də keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin “D” qrupunun qalibi olacaq komanda ilə birgə ikinci qrupda qərarlaşıb.


İlkin seçmə mərhələnin “D” qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.


Komandamızın yer aldığı ikinci qrupun oyunları gələn il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti