"Barselona" kapitanı itirdi - 3 ay oynamayacaq

10:53 23 Oktyabr 2016

İspaniya La Liqasının 9-cu turunda "Valensiya"ya qalib gələn "Barselona" klubu ciddi itki ilə üzləşib.

 
Sportarena.az xəbər verir ki, komanda Andres İnyestanın xidmətindən məhrum olub.
 
Belə ki, matçın 14-cü dəqiqəsində rəqib futbolçunun kobud oyunu nəticəsində dizindən zədələnən ulduz futbolçu meydanı göz yaşları ilə tərk edib. Onun zədəsinin ciddi olduğu, bu səbəbdən 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti