Stiven Cerrard "Los Anceles Qalaksi" klubu ilə yollarını ayırdı

12:15 23 Oktyabr 2016

Stiven Cerrard "Los Anceles Qalaksi" ilə müqaviləsini yeniləməyəcək. 


Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "instagram" hesabında məlumat verib.


"Los-Ancelesdə yaşamaq və gözəl azarkeşlərin önündə futbol oynamaq mənim üçün şərəf idi. Sizin sayənizdə özümü evdəki kimi hiss edirdim. Bu şəhər və klub qəlbimdə həmişəlik qalacaq. Çox sağolun".


Xatırladaq ki, S.Cerrard 2015-ci ilin qışında "Liverpul"dan MLS klubuna keçmişdi. Bir müddət öncə yayılan məlumata görə futbolçu yenidən doğma klubunda - "Liverpul"a geri dönəcək.


Xəbər xətti