"Belə biabırçı hakimə yer yoxdur"

00:10 24 Oktyabr 2016

"Valensiya"nın idman direktoru Xesus Qarsiya Pitarx "Barselona"ya (2:3) məğlubiyyətdən sonra baş hakim Alberto Undiano Malenkonu kəskin şəkildə tənqid edib.
"Malenko bu oyunu xatırladıqda çox utanacaq. Bir az özü haqda düşünməlidir.
30 dəqiqə ərzində referi 3 kobud səhvə yol verdi. Əvvəlcə ofsayddan vurulan qolu saymadı , Busketsə 2-ci sarı vərəqəni göstərmədi və Rodriqoya qarşı kobudluğa görə penalti təyin etmədi
Belə biabırçı hakimə İspaniya futbolunda yer yoxdur", – deyə Pitarx bildirib.

 


Digər xəbərlər

Xəbər xətti