"Qarabağ"ın rəqibi qələbə qazandı

01:20 24 Oktyabr 2016

Çexiya çempionatında 11-ci tura start verilib.

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Slovan” (Liberets) evdə “Hradeç” klubuyla qarşılaşıb. Liberets təmsilçisi Bartlın dubluyla 2:0 hesabıyla qalib gəlib.

Bu oyundan sonra hesabındakı xalların sayını 12-yə çatdıran “Slovan” 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti