"Zirə" Şüvəlandan 1 xalla dönür - YENİLƏNİB

17:53 24 Oktyabr 2016

Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları davam edir.


Sportarena.az xəbər verir ki, bu gün 9-cu turun növbəti matçı baş tutacaq. Görüş Şüvəlanda keçiriləcək. Belə ki, Şüvəlanın AZAL klubu doğma meydanda "Zirə"ni qəbul edəcək. 


8 turdan sonra aktivində cəmi 2 xalı olan AZAL-ı "Zirə" ilə çətin sınaq gözləyir. Autsayderlər sırasında qərarlaşan "təyyarəçilər" bu gün var gücləri ilə oynayıb qələbə qazanmaq niyyətindədir.

Ötən il göstərdiyi performansı bu il sərgiləyə bilməyən "Zirə" isə bu gün 3 xal qazanmağa niyyətlidir. "Kəpəz"in "İnter"lə oyunda xal itirməsindən yararlanmaq niyyətində olan "qartallar" bu gün 3 xalı qazanaraq turnir cədvəlindəki mövqeyini daha da yaxşılaşdırmaq arzusundadır.


16:00 AZAL - “Zirə” 1:1

Qollar: Sezar Meza Kolli, 25-pen. (0:1), David Canalidze, 64, (1:1)
Hakimlər:
Rauf Cabbarov, Coşqun Həsənov, İsgəndər Əliyev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
“AZAL Arena”


Xəbər xətti