"Neftçi" "Feyenoord"un forvardı ilə bağlı qərarını verdi

13:57 24 Oktyabr 2016

“Neftçi” baxışa çağırdığı yeni hücumçu haqqında qərarını verib.
 

Sportarena.az xəbər verir ki, Quyon Fernandesi baxışdan keçirən bakılılar onun çıxışında razı qalmayıb. Buna görə də 30 yaşlı oyunçu ilə müqavilə bağlanmayıb. 184 sm boya malik forvard artıq vətəni Hollandiyaya göndərilib. 


Qeyd edək ki, Fernandes daha əvvəl ölkəsinin “Feyenoord”, “Zvolle”, “Breda” kimi klublarında çıxış edib.(futbolinfo.az)


Xəbər xətti