"Neftçi" - "Qarabağ" matçı 1 manata

14:18 24 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.


Sportrena.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 5 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.


Qeyd edək ki, oktyabrın 25-də “Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.


Xəbər xətti