Qurban Qurbanov dünya reytinqində 155 pillə irəlilədi

16:15 24 Oktyabr 2016

"World Coach Ranking" saytı dünyanın ən yaxşı baş məşqçilərinin siyahısını hazırlayıb.


Sportarena.az xəbər verir ki, siyahəda ölkəmizdən iki baş məşqçinin də adı yer alıb. 


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ötən həftəyə nisbətən siyahıda böyük sıçrayış edib. Belə ki, aktivində 1026 xalı olan baş məşqçi 155 pillə irəliləyərək, 579-cu yerdə qərarlaşıb.


"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk isə 4 pillə geriləyərək 969 xalla 600-cüdür.


Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Luis Enrike başçılıq edir. Dieqo Simeone ("Atletiko")  ikinci,  Pep Qvardiola ("Mançester Siti") isə üçüncüdür. 


Digər xəbərlər

Xəbər xətti