Tərlan Əhmədov: "Mənə lider futbolçu lazımdı"

21:04 24 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan AZAL – "Zirə” oyunu 1:1 hesablı bərabərliklə başa çatıb. 


Sportarena.az xəbər verir ki, uyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov fikirlərini bildirib:
 

"İki fərqli hissə oldu. Birinci hissədə komandamda həyəcan var idi. Ancaq ikinci hissədə yaxşı oynadıq. Rəqibi təzyiq altına salmağı bacardıq. Məncə, ədalətli nəticədi.  Amma görüləcək işlərimiz çoxdu. Çalışacağıq ki, hücum xəttindəki problemi aradan götürək. Qol epiozdları yarada bilmirik və yaradılan imkanlardan istifadə edə bilmirik”.
 

- Rəşad Abdullayev uzun müddət futbol oynamırdı. Onun son durumundan razısınız?
- Rəşadın təcrübəsi çoxdu. Onun fiziki durumu, oyun təcrübəsi yetərincə deyil. Ancaq o komandaya kömək edə bilər. Mənə lider futbolçu lazımdı. Məncə, Rəşadın komandamıza köməyi dəyəcək. 
 

- Rəşadın gəlişindən sonra komandada kapitan dəyişikliyi gözlənilir?
- Yox, kapitan dəyişikliyi olmayacaq. Emin əsas, Aqil isə komandamızın ikinci kapitanıdı. Hələ ki, komandamızda kapitan dəyişikliyinə ehtiyac yoxdu.(futbol11.az)


Xəbər xətti