"Golden Boy"un sahibi müəyyənləşdi

21:40 24 Oktyabr 2016

Dünyanın ən yaxşı gənc futbolçusuna verilən "Golden Boy" mükafatının sahibi müəyyənləşib.


İtaliyanın "Tuttosport" nəşrinin Avropa jurnalistləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Portuqaliya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Renato Sançes ilin ən yaxşı gənc futbolçusu seçilib. O, səsvermədə Markus Raşford və Kinqsli Komanı qabaqlayıb.


Qeyd edək ki, ötən il bu mükafatı "Mançester Yunayted"in hücumçusu Antoni Marsyal qazanıb.


Xəbər xətti