Raulun şirkəti borc içində "boğulur"

22:55 24 Oktyabr 2016

Madrid "Real"ının əfsanəsi Raula məxsus olan  "Europa Scar Sport" şirkəti səhmdarlar qarşısında 7,17 milyon avro borca görə müvəqqəti olaraq bağlanıb.
 
Ümumi borcun məbləği  9,32 milyon avrodur. Onlardan  2,15 milyonu məhkəmə çək-çevirlərinə görə yaranıb. Raulun hüquqşünasları bu qərara qarşı protest edirdilər. Belə ki, onlar hazırda firmanın iflas müddətində olduğunu bildirirlər. Futbolçunun özü məhkəmədə vəziyyətə aid olmadığını bildirib. Belə ki, o şirkəti idarə etmir. Şirkətin idarəçiliyi Raulun anasındadır.
 

 


Digər xəbərlər

Xəbər xətti