Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, turun son oyun günündə "Qəbələ" səfərdə "Sumqayıt"ın qonağı olacaq.
Son turda "İnter"lə matçda xal itirən "qırmızı-qaralar" bu gün yenidən liderlik kürsüsündə möhkəmlənmək niyyətindədir. "Kapital Bank Arena"da keçiriləcək görüş saat 16:00-da start götürəcək.
16:00 “Sumqayıt” – “Qəbələ” 2:2
Qol: Fərid Nəbiyev, 46, (1:0), Rəşad Eyubov, 64, (1:1), Filip Ozobiç, 73, (1:2), Amil Yunanov, 90+4, (2:2)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
“Kapital Bank Arena”