"Qarabağ" "Neftçi" səfərindən 3 xalla ayrılır - YENİLƏNİB

20:55 25 Oktyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.


Sportarena.az xəbər verir ki, turun son oyunu  "Bakcell Arena"da keçiriləcək.

Turun mərkəzi görüşündə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Mövsümə uğurlu start verməyən "ağ-qaralar" bu gün çətin sınaqdan keçməli olacaqlar. Belə ki, "İnter"in Gəncə səfərində xal itirməsindən yararlanmaq istəyən Q.Qurbanovun komandası bu matçda mütləq qələbə qazanmalıdır. "Neftçi" isə autsayder mövqeyini tərk etmək üçün bu matçdan 3 xalla ayrılmalıdır.


 “Neftçi” – “Qarabağ” 0:2

Qol: Rahid Əmirquliyev 29, Jairo 90
Hakimlər:
Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”


Digər xəbərlər

Xəbər xətti