Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, turun son oyunu "Bakcell Arena"da keçiriləcək.
Turun mərkəzi görüşündə "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcək. Mövsümə uğurlu start verməyən "ağ-qaralar" bu gün çətin sınaqdan keçməli olacaqlar. Belə ki, "İnter"in Gəncə səfərində xal itirməsindən yararlanmaq istəyən Q.Qurbanovun komandası bu matçda mütləq qələbə qazanmalıdır. "Neftçi" isə autsayder mövqeyini tərk etmək üçün bu matçdan 3 xalla ayrılmalıdır.
“Neftçi” – “Qarabağ” 0:2
Qol: Rahid Əmirquliyev 29, Jairo 90
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“Bakcell Arena”