"Fənərbaxça" "Çelsi"nin futbolçusunu transfer edir

14:57 25 Oktyabr 2016

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.


Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin futbolçusu Sesk Fabreqası heyətinə qatmaq niyyətindədir.


Məlumata görə, Türkiyə klubu qış fasiləsində London təmsilçisinə həm transfer, həm də icarə təklifi ilə müraciət edəcək. Klub prezidenti Əziz Yıldırımın tapşırığına əsasən, Fabreqasın keçidi üçün lazım olan hər bir iş görüləcək.


Qeyd edək ki, cari mövsümdə "Çelsi"də forma şansı tapmaqda çətinik çəkən Fabreqasın komandadan ayrılacağı gündəmdədir.


Xəbər xətti