"Qarabağ"la oyun öncəsi "Neftçi"də ciddi itkilər

16:14 25 Oktyabr 2016

"Neftçi" komandası bu gün Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Qarabağ"la  qarşılaşacaq.


Sportarena.az xəbər verir ki, paytaxt klubu bu oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, zədə səbəbi ilə müdafiəçi Məqsəd İsayev və yarımmüdafiəçi Elşən Abdullayev meydana çıxmayacaq. Komandanın kapitanı Araz Abdullayev səhhətində yaranan problem səbəbindən bu gün komandasına kömək edə bilməyəcək. Daha bir müdafiəçi Rahil Məmmədov isə cəzalı olduğu üçün "18-lik"dən kənarda qalacaq.


Xatırladaq ki, Rahil Məmmədov "Zirə" ilə matçda qırmızı vərəqə aldığı üçün bu görüşü buraxacaq.


Digər xəbərlər

Xəbər xətti