Azərbaycan Premyer Liqası 33-cü pillədə

16:36 25 Oktyabr 2016

Avropa ölkələrinin liqalarının reytinq siyahısı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, UEFA reytinqi və bukmeker əmsallarına əsasən tərtib olunan cədvəldə Azərbaycan Premyer Liqası da yer alıb.
 

Azərbaycan çempionatı qitənin 54 liqası sırasında 33-cü pillədə qərarlaşıb. Premyer Liqamız 1795,12 xalla dəyərləndirilib. Cədvəldəki qonşuları Slovakiyadan 0,91 xal öndə, İslandiyadan 1,23 xal geridə qalan çempionatımız postsovet məkanı ölkələrindən Latviya, Litva, Moldova, Estoniya, Gürcüstan və Ermənistanı arxada qoyur.


Siyahıya isə İngiltərə başçılıq edir. Avrokuboklarda İspaniyanın kölgəsində qalmasına baxmayaraq, daha rəqabətli çempionata malik futbolun yaradıcıları 2279,61 xalla öndə qərarlaşıb. İspaniya isə 2273,56 xala malikdi. 3-cü olan Almaniya Bundesliqası 2230,64 xalla 3-cüdü.
 

Qeyd edək ki, Türkiyə Superliqası 13-cü yerdə qərarlaşıb - 1983,57 xal. (apasport.az)


Xəbər xətti