Mourinyo Qvardioladan qisasını ala biləcəkmi?

17:15 25 Oktyabr 2016

İngiltərə çempionatında Joze Mourinyo və Pep Quardiolanın qarşılasması kimi dəyərləndirilən "Manchester Yunayted" ilə "Mançester Siti" qarşılasması sabah baş tutacaq.
 
Portuqaliyalı məşqçi Joze Mourinyo ilə mövsümün ilk üç həftəsini məğlubiyyətsiz adlayan və qapısında yalnız bir qol görən "Mançester Yunayted",  sentyabr ayının 10-da keçirilən qarşılaşmada "Mançestr Siti"yə 2-1 hesabı ilə məğlub olmuşdu.
 
Qeyd edək ki, sabah keçirləcək derbi qarşılaşmasında "Mançester Yunayted" klubu mütləq qələbə qazanmalıdır. Bununlada Mourinyo azarkeşlərə biabırçı "Çelsi" məğlubiyyətini unutdurmalıdır. 76 min nəfərlik Old Trafford stadionunda sabah ki oyun azarkeşlər tərəfindən böyük maraqla gözlənilir.
 
"Mançester Yunayted" ilə "Mançester Siti" arasında sabah Old Trafford stadionunda oynanılacaq matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti