Gürcüstan komandası Bakıda beynəlxalq turnirin qalibi olub

17:38 25 Oktyabr 2016

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Əməkdar bədən tərbiyəsi və idman xadimi Məhbub Səadətxanın xatirəsinə həsr olunmuş reqbi üzrə beynəlxalq açıq Bakı turniri keçirilib.


Sportarena.az xəbər verir ki, turnirdə Gürcüstanın “Tsikara”, Rusiyanın “Sokol”, Bakıdakı xarici vətəndaşların TİSA, “Pələng”, “Qarabağ” və 132-134 saylı Təhsil Kompleksinin komandaları mübarizə aparıblar.


Turnirin açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Nüvər Xasıyev və qonaq komandalarının nümayəndə heyətinin rəhbərləri iştirak ediblər.


Yekun nəticələrə əsasən, “Tsikara” komandası turnirin qalibi olub. “Sokol” gümüş, “Pələng” komandası isə bürünc medala sahib olub.


Mükafatçılara Baş İdarə tərəfindən kubok, diplom və hədiyyələr təqdim edilib.(Azərtac)


Xəbər xətti