"Bakcell Arena"da insident: "Neftçi"nin "qoçu"sundan azarkeşə yumruq - təpik atəşi

20:59 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 9-cu turunda evində "Qarabağ"ı qəbul edən "Neftçi" klubu 0:2 hesabı ilə məğlub olub.
Sportarena.az-ın stadionda olan əməkdaşının  məlumatına görə, oyunun sonlarında meydanda  insident yaşanıb. Komandasının məğlubiyyəti ilə barışmayan "Neftçi" azarkeşləri klub rəhbərliyini istefaya səsləyib. Bununla da sakitləşməyən azarkeşlərdən biri stadiona daxil olub. "Neftçi"nin "qoçu"su Katalin Tira isə stadiona daxil olmağına azarkeşi peşman edib. Legioner futbolçu meydana girən azarkeşi yumruq-  təpik atəşinə tutub. Meydana girən polislər azarkeşi futbolçunun əlindən ala biliblər.
 


Digər xəbərlər

Xəbər xətti