Qurban Qurbanov: "Azarkeşləri başa düşmək lazımdır"

21:20 25 Oktyabr 2016

"Vacib qələbə qazandıq. Buna görə futbolçulara minnətdaram. Çalışıb oyundan - oyuna daha yaxşı oynamalıyıq. Çox sıx qrafikdə oynayırıq. "Neftçi" də bizi yaxşı analiz etmişdi."

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"yə 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfrasında deyib. Qurbanov həmçinin oyunun son anlarında yaşanan azarkeş - futbolçu qalmaqalına da münasibət bildirib:

"Azarkeşləri də başa düşmək lazımdır. Onlar bir neçə tur qələbə qazana bilməyəndə stress keçirir. Amma unutmayaq ki, futbolçuların da durumu meydanda yaxşı olmur. Onlar da qələbə qazanmaq istəyirlər. Futbolçularla meydanda bu cür halların olması heç də xoş deyil. Belə vəziyyətdə bir olmaq lazımdır."

 


Digər xəbərlər

Xəbər xətti