"Neftçi"nin baş məşqçisi: "Mən bu klubda olduğum müddətdə o, futbolçu burda olmayacaq"

21:40 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Neftçi" evində "Qarabağ"a 0:2  hesabı ilə məğlub olub.

Sportarena.az xəbər  veriri ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev oyun haqqında bunları deyib:

"Komandanın oyunundan razı qaldım. Onlardan istəkli oyun gözləyirdim. Bunu da, bu gün stadionda gördüm. Müdafiə olunurduq, ilk qol uzaq məsafədən vuruldu, ikinci qol da avtoqol oldu. Hesab oyuna görə oldu. Azarkeşi vuran futbolçumuza gəlincə, onu sərt cəza gözləyir. Mən bu klubda olduğum müddətdə o, futbolçu burda olmayacaq."


Digər xəbərlər

Xəbər xətti