Rəhman Haciyev: "Mən də onu vuracaqdım..."

22:01 25 Oktyabr 2016

“Neçə oyundur uduzuruq. Bu bizə çox pis təsir edir. Bu duruma özümüz düşmüşük, özümüz də çıxmalıyıq.”
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Neftçi”nin futbolçusu Rəhman Haciyev deyib. O, azarkeşlə Katalin Tira arasında yaşanan insidentə də münasibət bilririb:
“Xoşagəlməz bir hadisədir. Mən bu epizodu sonradan gördüm. Üstümə gəlirdi. Tira da ona hücum etdi. Mən əgər azarkeşin üstünə getsəydim o, məni vuracaqdı. Mən də onu vuracaqdım və xoşagəlməz hadisə baş verərdi.  Tira ilə söhbət etdik. O da çəkinib ki, birdən azarkeşin əlində nəsə olar bizə vurar. O səbəbdən azarkeşə hücum edib. “

 


Digər xəbərlər

Xəbər xətti