"Neftçi"nin futbolçusu: "Nəsə olurki, biz qələbə qazana bilmirik"

23:44 25 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının 9-cu turunda "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin futbolçusu Jayro Filyo Rodriges jurnalistlərin suallarını cavablandırıb:

“Rəqibimiz “Qarabağ” bütün kampanentlərdə  bizi üstələdi. Əlimizdən gələni etdik ki, rəqibə layiqincə müqavimət göstərə bilək. Meydandan xalla ayrılmaq istəyirdik. Amma bunu bacara bilmədik. Bütün azarkeşlərimizdən üzr istəyirəm.”
-    “Qarabağ”la oyunda artıq ikinci avtoqolla yadda qalırsınız..
-    Futbolda bu cür hallar baş verə bilər. Nə deyə bilərəm. Mənə xoş deyil bu. 
-    Komandanda məşqçilər dəyişir ki, hər şey düzəlsin. Amma pisə doğru gedir. Bu barədə fikriniz necədir?
-    Hər dəfə məğlub olduqdan sonra üzərimizdə daha çox işləyirik. Düzdür, komandada məşqçi dəyişilikləri də olub amma yaxşı olsun deyə edirlər bunu. İnanın ki, bütün oyunlara qələbə üçün çıxırıq. Amma deyə bilmərəm niyə belə olur. Nəsə olurki, biz qələbə qazana bilmirik. 
-    Azarkeşlər hər oyunda rəhbərliyi istefaya səsləyir. Legioner futbolçuların da komandadan getməsini istəyir. Bu sizə necə təsir edir?
-    Azarkeşlər nəticə istəyir. Onlar qələbələrə öyrəşib. Hər məğlubiyyətdən sonra şəxsən mən çox üzülürəm. 
-    Tiranın azarkeşi vurmasına münasibətin necədir?
-    Xeyir, o haqlı deyil. Mən onun özünə də bildirdim. Amma azarkeşlər də bizi başa düşməlidir. 
İlkin İsmayılzadə

 


Xəbər xətti