Kasilyas: "Əgər yenidən milliyə çağırılsam, bunu qəbul edəcəm"

00:30 26 Oktyabr 2016

“Portu”nun qapıçısı İker Kasilyas İspaniya millisindəki karyerasını başa vurduğu iddialarına münasibət bildirib.

O, bu iddiaları təkzib edib:

“Millidən ayrılmamışam.Komandanın baş məşçisi Lopeteqi  başqa qapıçıları seçdi. Əgər yenidən milliyə çağırılsam, bunu qəbul edəcəm. Baş məşqçinin qərarlarına hörmət edirəm”.

Qeyd edək ki, İ.Kasilyas DÇ-2018-in  seçmə mərhələsində İtaliya və Albaniya ilə oyunlar üçün milliyə çağırılmamışdı.


Digər xəbərlər

Xəbər xətti