Azarkeşi döyən "Neftçi" futbolçusu: "Elə bildim ki, o, "Qarabağ"lıdır" - FOTO

11:15 26 Oktyabr 2016

Dünən Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən "Neftçi" – "Qarabağ" matçında meydan sahiblərinin futbolçusu Katalin Tira meydana girən azarkeşə yumruq atıb.


Sportarena.az xəbər verir ki, etdiyi hərəkətinə görə oyundan sonra klubdan qovulan futbolçu bu gün "facebook" hesabında azarkeşlərdən üzr istəyib.


"Mən dünən etdiyim hərəkətə görə üzr istəyirəm. Fikrim yalnız komanda yoldaşlarımı müdafiə etmək idi. Mən elə bildim ki, o, "Qarabağ" azarkeşidir. Öz fanatımız olduğunu düşünmədim".


Qeyd edək ki, K.Tira meydana daxil olan azarkeşi döydükdən sonra qırmız vərəqə ilə cəzalanaraq, meydandan qovulub.


Digər xəbərlər

Xəbər xətti