Ramil Şeydayev start heyətdə - FOTO

14:37 26 Oktyabr 2016

Bu gün "Trabzonspor" Türkiyə kubokunda növbəti oyununa çıxacaq. 


Sportarena.az xəbər verir ki, "Çorum Bələdiyyəspor"la qarşılaşacaq "Trabzonspor"un start heyəti artıq açıqlanıb.  Millimizin futbolçusu Ramil Şeydayev baş məşqçi Ərsun Yanalın güvənəcəyi "11-lik"də yer alacaq.
 

Türkiyə mətbuatının yazdığına görə, “bordo-mavililər”in bu heyətlə mübarizə aparacaqları gözlənilir: Esteban Alvarado, Akakpo, Mustafa Yumlu, Mustafa Akbaş, İbanez, Aytaç Kara, Okay Yokuşlu, Güray Vural, Yusuf Ərdoğan, Muhammet Dəmir və Ramil Şeydayev.


Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti