Robert Prosineçki: "Bu, mənim üçün böyük şərəfdi"

15:34 26 Oktyabr 2016

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ölkə prezidenti İlham Əliyevin milli komanda və məşqçinin özü barədə səsləndirdiyi sözlərlə bağlı AFFA-ya açıqlama verib.
 

Sportarena.az xəbər verir ki, xorvat mütəxəssis açıqlamasında bunları deyib:
 
“Öz ölkəmin prezidenti və Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə görüşdüyüm üçün çox şadam. Azərbaycan prezidenti tərəfindən Xorvatiyanın dövlət başçısının şərəfinə verilən ziyafətdə iştirak etdiyim üçün böyük fəxr hissi keçirirəm. Cənab İlham Əliyevin Azərbaycan milli komandasının nəticələrindən razı olması, dövlət başçısı tərəfindən Xorvatiyanın Azərbaycanda ən yaxşı səfiri adlandırılmağım məni çox sevindirir və qürurlandırır. Bu, mənim üçün böyük şərəfdi və buna görə təşəkkür edirəm. Haqqımızda deyilən xoş sözlər, eyni zamanda, bizim üçün böyük məsuliyyətdi. Qarşıdakı oyunlarda bu etimadı doğrultmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti