Kasilyas milli karyerasını başa vurub?

21:06 26 Oktyabr 2016

"Portu"nun qapıçısı İker Kasilyas İspaniya millisindəki karyerasını başa vurduğu iddialarına münasibət bildirib.

Sportarena.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə erdiyi açıqlamasında yayılan xəbərləri təkzib edib:
"Millidən ayrılmamışam.Komandanın baş məşçisi Lopeteqi  başqa qapıçıları seçdi. Əgər yenidən milliyə çağırılsam, bunu qəbul edəcəm. Baş məşqçinin qərarlarına hörmət edirəm".


Qeyd edək ki, İ.Kasilyas DÇ-2018-in  seçmə mərhələsində İtaliya və Albaniya ilə oyunlar üçün milliyə çağırılmamışdı.


Digər xəbərlər

Xəbər xətti