Neymarın başına düşən butulka "Valensiya"ya baha başa gəldi

23:45 26 Oktyabr 2016

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi “Valensiya”nı cəzalandırıb.

Buna La Liqanın 9-cu turunda “Barselona” ilə oyunda (2:3) klubun azarkeşlərinin Kataloniya təmsilçisinin oyunçularına plastik butulka atması səbəb olub.

Buna görə “Valensiya” 1500 avro məbləğində cərimələnib. Bundan başqa, kluba sonuncu xəbərdarlıq edilib. Əgər eyni hal bir də təkrarlansa, stadion azarkeşlər üçün qapadılacaq.

Qeyd edək ki, “Valensiya – “Barselona” görüşünün bitməsinə saniyələr qalmış Kataloniya klubunun futbolçusu Lionel Messi penaltidən fərqlənərək komandasının qələbə qolunu vurub. “Valensiya” azarkeşləri qol sevincini qeyd edən futbolçulara plastik butulka tullayıb.


Digər xəbərlər

Xəbər xətti