İki idmançımız dünya çempionatının finalında

Sportarena.az      27 Oktyabr 2018, 01:10

Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı davam edir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 karateçi ilə təmsil olunur.

Oktyabrın 26-da yeddi Azərbaycan idmançısı çempionatda mübarizəyə başlayıb. Onlardan Ayxan Mamayev (84 kq) və Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək, çempionatın final mərhələsinə yüksəlib. Ayxan Mamayev finalda yapon karateçisi Araqa Ryutaro, Rafael Ağayev isə misirli idmançı Abdel Rahman Omar ilə qarşılaşacaq. Çempionatın final mərhələsi oktyabrın 28-də baş tutacaq.

Oktyabrın 26-da tatamiyə çıxan digər idmançılarımız – fərdi kata yarışlarında döyüşən Roman Heydərov və Neda Rezai, eləcə də kumite yarışlarında İrina Zaretska (68 kq), Fəridə Abiyeva (61 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) mübarizəni dayandırmalı olublar.

Oktyabrın 27-də isə çempionatda komanda yarışları keçiriləcək. Azərbaycan millisinin həm kişi, həm də qadın idmançıları komanda yarışlarında mübarizə aparacaqlar.

Dünya çempionatına oktyabrın 30-da yekun vurulacaq.(azertac.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin