Mourinyo Mkitaryana qapını göstərdi

14:15 27 Oktyabr 2016

Böyük ümidlərlə "Mançester Yunayted" futbol komandasına transfer olan Henrik Mkitaryan ümidləri doğrultmayıb.

Mkitaryan baş məşqçi Joze Mourinyonun planlarına daxil deyil. 27 yaşlı erməni futbolçunun hazırlıq səviyyəsindən narazı olan Mourinyo, idmançıya bu mövsum cəmi 109 dəqiqə şans verib.

İddialara görə, Mkitaryanı komandasında görmək istəməyən Mourinyo, onun transferə çıxarılmasına icazə verib. Ən gec yay transferi dövründə futbolçunun klubdan ayrılacağı gözlənilir.

Qeyd edək ki, ötən gecə “EFL” kuboku çərçivəsində baş tutan Mançester derbisində Mkitaryanın adı 18-liyə belə düşməyib. 


Digər xəbərlər

Xəbər xətti