Kriştiano Ronaldonun dostu "Santiaqo Bernabeu"da döyüşəcək

21:30 27 Oktyabr 2016

Madrid “Real”ı “Santiaqo Bernabeu”da UFC keçirilməsində maraqlıdır.


Sportarena.az xəbər verir ki, klub stadionda irlandiyalı döyüşçü Konor MakQreqorun döyüşünü təşkil etmək istəyir. Belə ki, MakQreqor yaxın zamanda Las Veqasda keçiriləcək şouda iştirak etmək istəmir. Bunun üçün döyüşün təşkilatçıları alternativ variantlar axtarırlar. İspaniya klubu gələn ilin may-iyun aylarında təşkil olunacaq döyüş üçün 80 min azarkeş tutumlu stadionu istifadəyə verməyə hazırdılar. Görüşün təşkilatçıları da bu işdə maraqlıdır. Çünki döyüş İspaniyada baş tutarsa, irlandiyalı azarkeşlər stadiona rahat gələ biləcəklər.


Xatırladaq ki, Konor MakQreqor növbəti döyüşünü Nyu-Yorkda keçirəcək. 12 noyabr tarixində baş tutacaq görüşdə MakQreqor amerikalı Eddi Alvareslə qarşılaşacaq.


Qeyd edək ki, Kriştiano Ronaldo ilə yaxın dost olan MakQreqor karyerası ərzində 23 döyüşə çıxıb. O, bu döyüşlərin 20-ni (17 nokaut – red.) qələbə ilə başa vurub, 3 döyüşdə isə məğlub olub


Digər xəbərlər

Xəbər xətti