Qvardioladan antirekord

23:48 27 Oktyabr 2016

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın yeni klubunda işləri yaxşı getmir.


Son olaraq İngiltərə liqa kubokunda "Mançester Yunayted"ə uduzan Qvardiolanın komandası qalib gələ bilmədiyi oyunların sayını 6-ya yüksəldib.


Bu isə P.Qvardiola üçün antirekorddur. İndiyə kimi təcrübəli mütəxəssis çalışdırdığı heç bir klubda 6 oyun dalbadal qələbəsiz qalmayıb.


Qeyd edək ki, son olaraq 2009-cu ilin martıda "Barselona"da ard-arda 5 görüşdə qalib gələ bilməyib.


Digər xəbərlər

Xəbər xətti