Karateçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Sportarena.az      28 Oktyabr 2018, 00:25

Oktyabrın 25-dən 30-dək Avstriyanın Lints şəhərində karate üzrə 23-cü dünya çempionatı keçirilir. İki ildən bir keçirilən dünya çempionatında ölkəmiz 16 idmançı ilə təmsil olunur.


Oktyabrın 27-də Azərbaycanın daha beş idmançısı mübarizəyə qoşulub.


Fərdi kumite yarışlarında 60 kiloqramadək çəki dərəcəsində tatamiyə çıxan Firdovsi Fərzəliyev final mərhələsinə kimi bütün rəqiblərini məğlub edib. Bu mərhələdə Hollandiya idmançısına məğlub olan karateçimiz bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Görüş oktyabrın 28-də baş tutacaq.


Digər idmançılarımız - Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-51 kq), Fəridə Abıyeva (-61 kq) və Rafiz Həsənov (-67 kq) müxtəlif mərhələlərdə məğlub olaraq yarışı tərk ediblər.


Fiziki qüsurlu karateçilərin yarışdığı para-karate üzrə dünya çempionatında ilk dəfə Azərbaycan da təmsil olunub. İyirmi altı ölkədən 72 idmançının qatıldığı yarışda karateçimiz Sahib Əhədov medallar uğrunda mübarizəni erkən dayandırıb.


Komandaların kumite yarışlarında qadınlardan ibarət Azərbaycan komandası ilk dövrədə Koreya idmançıları üzərində qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Kişilərdən ibarət komandamız isə mübarizəyə oktyabrın 28-də qoşulacaq.(azərtac)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin