"Qəbələ" Bakı Metropliteninə müraciət etdi

01:16 28 Oktyabr 2016

"Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib. 


Sportarena.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, məktubda Bakı Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.


Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə - gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.


Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".


Digər xəbərlər

Xəbər xətti