"Şəmkir" rəsmisi: "Qələbədən başqa heçnə düşünmürük"

11:03 28 Oktyabr 2016

Bu gün I divizionun VIII turunda "Şəmkir" doğma meydanda MOİK-i qəbul edəcək.


Matçdan öncə "Şəmkir" klubunun mətbuat katibi Elgün Seyid sportarena.az saytına oyun barədə fikirlərini bölüşüb: "Komandada hər şey yaxşı vəziyyətdədir. Zədəli, cəzalı futbolçumuz yoxdur.  Oyuna yaxşı hazırlaşmışıq.  Şəmkirdə bu gün əsl futbol havası var.  Bu oyunda qələbədən başqa heçnə düşünmürük."


Qeyd edək ki, "Şəmkir" - MOİK matçı saat 14:00-da start götürəcək.

Vüsal Yalçınoğlu, Şəmkir


Digər xəbərlər

Xəbər xətti