Ramil Şeydayevə avtomobil hədiyyə edildi - FOTO

12:12 28 Oktyabr 2016

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor"a hədiyyə verilib. 


Sportarena.az xəbər verir ki, komanda "Audi" markalı avtomobillərlə təmin olunub.
 
Belə ki, Qara dəniz təmsilçisinin sponsorlarından olan "Doğuş Otomotiv" şirkəti klubun bazasına 12 ədəd "Audi" markalı avtomobil göndərib. Bunlardan 9-u A3, 2-si A4, 1-i isə A7 modelində "Audi" olub.
 

Klub rəhbərliyi həmin maşınları əsas komandanın texniki heyəti və futbolçularının ixtiyarına verib.


Digər xəbərlər

Xəbər xətti