Qeyrət Qənbərov: "500 manatı komanda yoldaşlarımla xərcləyəcəm"

16:35 28 Oktyabr 2016

Bu gün I divizionun VIII turunda "Şəmkir" doğma meydanda MOİK-i 1:0 hesabı ilə məğlub edib.


Sportarena.az xəbər verir ki, matçdan sonra PFL tərəfindən I divizionda sentyabr ayının ən yaxşı qolunun müəllifi seçilən "Şəmkir"in futbolçusu Qeyrət Qənbərov açıqlama verib. O, belə layihələrin təşkilinə görə PFL-ə təşəkkürünü bildirib:
"Peşəkar Futbol Liqasına təşəkkür edirəm.  I divizion həmişə kölgədə qalır. Amma belə layihələrlə bizi tanidirlar. Qalib olduğuma görə çox sevinirəm. Mənə səs verən hər kəsə təşəkkür edirəm. Mənə verliən 500 manatı komanda yoldaşlarımla xərcləmək niyyətindəyəm".

Vüsal Yalçınoğlu, Şəmkir


Digər xəbərlər

Xəbər xətti