Elnur Cəfərov oynadı, komandası məğlub oldu

15:47 29 Oktyabr 2016

Xorvatiya ikinci liqasında 13-cü turun oyunları keçirilib.
Futbolçumuz Elnur Cəfərovun komandası – “Duqopolye” də növbəti oyununu keçirib. Klub səfərdə “Qoritsa” ilə qarşılaşıb və meydanı 0:3 hesabı ilə məğlub tərk edib. Elnur bu oyunun 62-ci dəqiqəsində, hesab 0:2 rəqibin xeyirinə olarkən meydana çıxıb. Lakin komandası hesabı dəyişə bilməyib.

Qeyd edək ki, “Duqopolye” geridə qalan turlarda topladığı 19 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti