De Rossi "Yuventus"a keçir?

21:04 29 Oktyabr 2016

“Yuventus” yayda “Roma”nın yarımmüdafiəçisi Daniel de Rossini transfer etmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.


Məlumata görə, 2017-ci ildə “Roma” ilə olan müqaviləsi başa çatacaq 33 yaşlı müdafiəçi azad agent olacaq. Bu halda Turin klubu futbolçuya yeni müqavilə təklif edəcək. Lakin de Rossi bu təklifi qəbul etməyə də bilər. Belə ki, “Roma” klubu futbolçu ilə daha 1 il müqavilə imzalamaq niyyətindədir. Bundan əlavə, futbolçuya MLS klublarından da təkliflər var. 


Xəbər xətti