Kamran Ağayev oynadı, komandası xal qazandı

10:05 30 Oktyabr 2016

Portuqaliya çempionatında IX turun oyunları davam edir.

 
Sportarena.az xəbər verir ki, millimizin oyunçuları Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavişta" klubu da növbəti oyununa çıxıb. Portu təmsilçisi öz meydanında "Estoril" klubunu qəbul edib. Qarşılaşmada hesab açılamyıb. 

 
Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib. 
 

Qeyd edək ki, "Boavişta" bu heç-heçədən sonra  10 xalla turnir cədvəlində 9-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti