Sportarena.az
30 Aprel 2017

Karateçilərimiz dünya çempionatının qızıl, gümüş və bürünc medallarına sahib oldular

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurdular. 
     

Sportarena.az xəbər verir ki, finalda misirli rəqibini 4:1 hesabı ilə məğlub edən Rafael Ağayev (-74 kq, şəxsi məşqçisi Fizuli Musayev) 5-ci dəfə dünya çempionu olmaqla karate aləmində yazdığı tarixi yenilədi. Karatenin canlı əfsanəsi, çempionatın son günü komanda yarışlarında fransa idmançılarına qarşı da tatmiyə çıxacaq. 
    

Gənclər arasında dünya çempionu Ayxan Mamayev (-84 kq, şəxsi məşqçisi Şahin Xudaverdiyev) təəssüf ki, yaponiyalı idmançı ilə 0:5 hesablı finalda bu nəticəsini böyüklərin yarışında təkrarlaya bilmədi. Avropa Oyunlarının ilk qalibi kimi tarixə düşən Firdovsi Fərzəliyev (-60 kq, şəxsi məşqçisi Rəhman Hətəmov) isə finala çıxışda hakim haqsızlığıyla üzləşsə də, mərakeşli idmançıyla bürünc medal uğrunda görüşü qələbəylə başa vurdu. Hesab açılmasa da, hakimlər daha fəal olan və hücumlara meylli F.Fərzəliyevin xeyrinə qərar verdilər. 


İlk mükafatlar gününün nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 25 ölkə arasında dünyada 5-ci, avropada isə 2-ci yeri tutdu. Yarışda 118 ölkədən 1025 idmançı iştirak edir.


30 oktyabrda komanda görüşləri ilə dünya çempionatına yekun vurulacaq. Bürünc medal görüşünə çıxan milli komandamızın rəqibi Fransa karateçiləri olacaq.

Tarix
30.10.16 [12:54]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

30 Aprel
29 Aprel 

Facebook

Sorğu

Azərbaycan kubokunun qalibi hansı komanda olacaq?
 "Qarabağ"
 "Qəbələ"

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio